REGİONLAR
Füzulidə 437 hektar sahədə şəkər çuğunduru becərilir
Füzuli, 18 iyun, AZƏRTAC
Füzuli rayonunda torpaq mülkiyyətçiləri və fermerlərin becərdikləri kənd təsərrüfatı bitkilərindən biri də şəkər çuğundurudur. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il Füzulidə 437 hektar sahədə şəkər çuğunduru səpini həyata keçirilib. Cəbhə bölgəsinin torpaq mülkiyyətçiləri hazırda sahələrdə becərmə işləri aparırlar. Şəkər çuğunduru əkilmiş sahələr alaqdan təmizlənir, suvarılır, mineral gübrələr verilir, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri görülür.
Cari ildə rayonda 20 min tondan artıq şəkər çuğunduru istehsal ediləcəyi proqnozlaşdırılır. Əldə edilən məhsul İmişli şəkər zavoduna təhvil veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]