CƏMİYYƏT


Füzulidə Ağcabədi sakinindən silah-sursat götürülüb

Bakı, 16 sentyabr, AZƏRTAC 

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz silah-sursat saxlayan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bala Bəhmənli kəndi ərazisində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 patron, 1 patron darağı, 1 uzaqgörmə cihazı və 2 bıçaq aşkarlanaraq götürülüb. Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.