REGİONLAR


Füzulidə “Dəmir yumruq” sənədli filminin təqdimatı olub

Füzuli, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında Real TV-nin təşkilatçılığı ilə lentə alınan “Dəmir Yumruq” adlı sənədli filmin təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən təqdimatda İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.

Filmdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri əksini tapıb.

Azərbaycanın müxtəlif bölgələrində yaşayan azsaylı xalqların gənclərinin Vətən müharibəsində iştirakından, onların torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən “Dəmir Yumruq” sənədli filmi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən maraqla izlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.