REGİONLAR


Füzulidə “Müstəqilliyə aparan yol” adlı xalq faciəsi nümayiş olunur

Füzuli, 18 yanvar, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı “Müstəqilliyə aparan yol” adlı xalq faciəsi hazırlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Tamaşada əsas rollarda Elşən Gözəlov, Ayşən Gülmalıyeva, Qaçaq Qarayev, Sevinc Məmmədova, Sehran Xanlarov çıxış edirlər.

Tamaşa Füzuli Dövlət Dram Teatrında, rayonun işğaldan azad edilmiş kəndlərində, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə, N saylı hərbi hissələrdə təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.