REGİONLAR


Füzulidə "Molla Nəsrəddin" komediyasının premyerası olub

Füzuli, 1 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrında 1 aprel Ümumdünya Gülüş Günü ilə əlaqədar 2023-cü ilin repertuarında olan Xəqani Əliyevin "Molla Nəsrəddin" komediyasının premyerası olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, premyerada komediyanın müəllifi Xəqani Əliyev və Füzuli rayon ictimaiyyəti iştirak edib.

Quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadə olan tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Əli Hüseynov, Günel Hacıyeva, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov və başqaları ifa ediblər. Tamaşada keçmişlə bu günün sintezi olan Molla Nəsrəddinin evlənmə hekayəsi nümayiş olunub. Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.