REGİONLAR


Füzulidə hərbi texnikalar və silah-sursat aşkar edilib VİDEO

Füzuli, 3 mart, AZƏRTAC

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbaut Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə müntəzəm reydlər aparır, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər. Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin ataraq qaçdığı 2 “İQLA-S” zenit-raket kompleksi, 4 avtomat, 7 müxtəlif növ qumbaralar, 1 “Karbonit” silahı, 1 tank əleyhinə qumbaraatan, 19 mindən çox müxtəlif çaplı patronlar, 144 müxtəlif növ mərmi və avtomat daraqları aşkar edilərək götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.