REGİONLAR


Füzulidə mexanizatorlara yeni sürücülük vəsiqələri verilib

Bakı, 22 noyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Füzuli rayonunun Zobucuq-5 qəsəbəsi və ətraf kəndlərdə kənd təsərrüfatı texnikalarına baxış keçirib, texnikaların qeydiyyata alınması, yeni sürücülük vəsiqələrinin, dublikat sənədlərinin verilməsi və dəyişdirilməsi məqsədilə hüquqi və fiziki şəxslərə səyyar xidmət göstərib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Füzuli rayonunun qəsəbə və sərhəd kəndlərində 80-dən artıq hüquqi və fiziki şəxs tərəfindən müraciətlərə baxılıb, 50-dən çox mexanizatora sürücülük vəsiqələri təqdim olunub, 20-dən artıq texnika qeydiyyata alınıb, 25 texnika baxışdan keçirilib.

Həmçinin tədbir çərçivəsində iştirakçılar qəsəbə orta məktəbin həyətyanı sahəsində Eldar şamı, sərv və meyvə ağacları əkiblər.

Agentliyin səyyar qrupu digər bölgələrdə oxşar tədbirləri davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.