REGİONLAR


Füzulidə şəhidlərimizin xatirəsi anılıb VİDEO

Füzuli, 22 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Füzuli rayonunda şəhidlərimizin xatirəsinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli rayon nümayəndəliyi tərəfindən təşkil olunan tədbir Füzuli Muğam Mərkəzində gerçəkləşib. Tədbirdə mədəniyyət işçiləri, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidlərimizin şərəfli ömür yolundan söhbət açıblar. Diqqətə çatdırılıb ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən oğullar əbədi yaddaşlara həkk olaraq həm də gələcək nəsil üçün əsl vətənpərvərlik məktəbi miras qoyublar.

Sonra şəhidlərimizə həsr olunan “Azad Qarabağ” adlı videoçarx nümayiş olunub.

Daha sonra Muğam Mərkəzi tərəfindən hazırlanan “Tarix yazan qəhrəmanlar” adlı konsertdə vətənpərvərlik ruhlu musiqilər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.