CƏMİYYƏT
Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb
Bakı, 23 iyul, AZƏRTAC
Polis əməkdaşları işğaldan azad olunmuş ərazilərdə silah-sursatların aşkarlanması məqsədilə profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, iyul ayı ərzində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad olunmuş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 7 avtomat, 1 pulemyot, 1 “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 30 ədəd müxtəlif növ mərmi və müxtəlif çaplı 4850 güllə və digər döyüş sursatı aşkarlayaraq aidiyyəti üzrə təhvil veriblər.
Bu əməliyyatda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları da yaxından iştirak ediblər.