REGİONLAR


Füzulili qadınlar dövlət qulluğunda və bələdiyyələrdə uğurla təmsil olunurlar

Füzuli, 8 mart, AZƏRTAC

Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Qadınlar dövlət qulluğunda və bələdiyyələrdə uğurla təmsil olunurlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Horadiz şəhərində 8 Mart-Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qadınları bayram münasibətilə təbrik edib. Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən, qadınlara göstərilən diqqət və qayğıdan danışaraq, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirib.

Çıxışlarda ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğu, ana məfhumunun miniklərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, Vətən torpağını və dilimizi təcəssüm etdirdiyi bildirilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edilib.

Çıxış edən qadınlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.