REGİONLAR


Füzulili qadınlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər

Füzuli, 7 mart, AZƏRTAC

Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edir, dövlət qulluğunda və bələdiyyələrdə uğurla təmsil olunurlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Horadiz şəhərindəki Muğam Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qadınları bayram münasibətilə təbrik edib, ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən, onlara göstərilən diqqət və qayğıdan danışıb. Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu vurğulayan Alı Alıyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.

Digər çıxış edənlər də əlamətdar gün münasibətilə qadınları təbrik edib, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndiriblər.

Tədbirdə qadınlara qiymətli hədiyyələr verilib. Füzuli Dövlət Dram Teatrının və musiqiçilərin təqdim etdikləri tamaşa və rəngarəng konsert proqramı hamıda xoş ovqat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.