Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Füzulinin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi Azərbaycan üçün əlamətdar hadisədir

Bakı, 30 may, P.İmanova, AZƏRTAC

Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Divan”ının əlyazma nüsxəsinin UNESCO-nun “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə dahi şairin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsini Azərbaycan üçün əlamətdar hadisə kimi dəyərləndirib.

Akademik A.Əlizadə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğısı sayəsində ölkəmizin zəngin mədəni irsinin dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Şairin dünya mədəniyyəti xəzinəsinə verdiyi böyük töhfələrdən danışan AMEA-nın rəhbəri bildirib ki, bu əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən mötəbər nüsxəsi sayılan, şairin ölümündən 16 il sonra 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır. Əlyazmada əsərin 1936-cı ildə görkəmli ədəbiyyatşünas alim Salman Mumtaz tərəfindən keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının kitabxanasına bağışlanması da qeyd olunur.

A.Əlizadə digər Azərbaycan mütəfəkkirlərinin əsərlərinin də “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi istiqamətində iş aparılmasının vacibliyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, M.Füzulinin əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi xalqımız və Azərbaycan elmi ictimaiyyəti üçün çox mühüm tarixi, mədəni hadisədir.

Akademik deyib: “UNESCO-nun “Dünya Yaddaşı” Beynəlxalq Reyestrində dahi şairin əlyazmasının yer alması Füzuli sənətinin ümumdünya mədəni, ədəbi sərvəti olduğunu təsdiq edən mühüm addımdır. Bu nüfuzlu təşkilatda əlyazmanın qeydə alınması Füzulinin bəşəri əhəmiyyətini, həmçinin böyük şairin dünya mədəniyyətinin formalaşmasında bu gün də əsərləri ilə rol oynadığını göstərən arqumenlərdən biridir. Bunun Azərbaycan üçün də böyük əhəmiyyəti vardır. “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə Füzulinin əlyazma nüsxəsinin Azərbaycanın mədəni irsinin nümunəsi kimi daxil edilməsi görkəmli şairin, bu qiymətli xəzinənin məhz xalqımıza məxsus olduğunu təsdiq edən əhəmiyyətli hadisədir. Bu, beynəlxalq aləmdə və sonrakı proseslərdə də Füzulinin xalqımıza məxsus olması barədə fikirlərin tarazlığını Azərbaycanın xeyrinə isbat edəcək. Dünya ədəbiyyatının böyük korifeylərindən olan Füzulinin irsi ümumtürk ədəbi-mədəni sərvətidir. Ancaq onun Vətəni Azərbaycandır. Ölkəmizdə XX əsrin əvvəllərindən başlayaraq dahi şairin yaradıcılığı haqqında qiymətli monoqrafik tədqiqatlar meydana gəlib, dissertasiyalar yazılıb, şairin əsərləri dəfələrlə ölkəmizdə böyük tirajlarla çap olunub. Böyük mütəfəkkirin əsərləri Azərbaycanda dünya dillərinə tərcümə olunaraq yayılıb”.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov ümummilli lider Heydər Əliyevin dünya mədəniyyətini və ədəbiyyatını zənginləşdirən Füzuli yaradıcılığına hər zaman yüksək qiymət verdiyini söyləyib. Bildirib ki, 1996-cı ildə şairin anadan olmasının 500 illik yubileyi UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində təntənəli şəkildə qeyd edilib. Bugünkü təqdimat mərasiminin Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyinə təsadüf etdiyini deyən E.Sultanov M.Füzuliyə, onun yaradıcılığına Cümhuriyyət dövründə də yüksək diqqət göstərildiyini qeyd edib.

Nəzərə çatdırılıb ki, Azərbaycanın zəngin mədəni irsinin dünyada tanıdılmasında, irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Bu gün Azərbaycan UNESCO ilə təşkilatın bütün prioritet istiqamətləri üzrə sıx əməkdaşlıq edir. Ölkəmiz UNESCO-nun “Dünya Yaddaşı” proqramında da uğurla iştirak etməkdədir. UNESCO-nun “Dünya Yaddaşı” Beynəlxalq Reyestrində Azərbaycana məxsus iki dəyərli əsər yer almaqdadır. Şairin bu “Divan”ının əlyazması 1572-ci ilə aiddir və orada onun ana dilimizdə yazılmış 400-dən çox şeiri toplanıb. M.Füzulinin bu məşhur əsəri UNESCO tərəfindən dəyərləndirilib, onun bəşəri əhəmiyyəti təşkilatın Baş direktorunun imzaladığı sertifikatla təsdiq olunub.

Sonra E.Sultanov UNESCO-nun sertifikatını akademik A.Əlizadəyə təqdim edib.

M.Füzulinin zəngin ədəbi-fəlsəfi irsi barədə məlumat verən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, şairin yaradıcılığı Azərbaycan poeziyası ilə yanaşı, Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün əhəmiyyətlidir. T.Kərimli şairin yazdığı “Leyli ilə Məcnun”un bir mədəniyyət və əxlaq əsəri olduğunu vurğulayıb.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov dünyanın nüfuzlu təşkilatı olan UNESCO-da Azərbaycan klassik sərvətinin bir nümunəsinin dünya irsinin şah əsərlərindən biri kimi qeydiyyata alınmasını çox böyük uğur adlandırıb. Qeyd edilib ki, Azərbaycanın UNESCO ilə əlaqələri keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayır. Ölkəmizin bu nüfuzlu təşkilatla sıx əməkdaşlığı isə 1996-cı ildə, UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalanandan sonra başlanıb.

Akademik diqqətə çatdırıb ki, Azərbaycanın UNESCO-da özünü təsdiqi istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mədəni irsimizin, həmçinin Qobustan dövlət tarixi-bədii qoruğunun beynəlxalq səviyyədə tanıdılmasında və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri olub.

Çıxış edənlər bu əlamətdar hadisənin ölkəmizin mədəniyyəti və elmi üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib