İDMAN


Fyodor Yemelyanenko karyerasını başa vurmağı planlaşdırır

Bakı, 24 yanvar, AZƏRTAC 

Qarışıq döyüş növləri (MMA) üzrə əfsanəvi boksçu Fyodor Yemelyanenko aldığı zədələr və yaşı ilə əlaqədar karyerasını başa vurmağı düşünür.

AZƏRTAC “sport.ua” saytına istinadla xəbər verir ki, 42 yaşlı idmançı bu barədə qərarını amerikalı boksçu Rayan Beyder ilə qarşılaşma ərəfəsində açıqlayıb.

“Karyeramı başa vurmaq barədə indi daha çox düşünməyə başlamışam. Bu qərara gəlməyimin səbəbi döyüşmək istəməməyim deyil. Sadəcə yaşım və zədələr artıq özünü göstərir”, - deyə o, bildirib.

Qeyd edək ki, F.Yemelyanenko karyerası ərzində 38 döyüşdə qələbə qazanıb, beş görüşdə məğlub olub. R.Beyder isə qarşılaşmalarda 26 dəfə qalib gəlib, 5 dəfə məğlubiyyətə uğrayıb. Boksçular arasında final qarşılaşması yanvarın 27-də Los-Ancelesdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.