DÜNYA
G20-nin maliyyə nazirləri dünya iqtisadiyyatı üçün əsas risklərin nədən ibarət olduğunu açıqladılar
Bakı, 23 iyul, AZƏRTAC
G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri dünya iqtisadiyyatı üçün əsas risklərin nədən ibarət olduğunu açıqlayıblar.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, G20 ölkələrinin maliyyə nazirlərinin və mərkəzi banklarının rəhbərlərinin Buenos-Ayresdə keçirdikləri iclasın yekun sənədində dünya iqtisadiyyatının əsas qısamüddətli və ortamüddətli riskləri sırasında ticarət və geosiyasətdə gərginliyin artması, maliyyə kövrəkliyi, habelə qeyri-bərabərlik və strukturun zəif inkişafı amilləri qeyd olunur. Bildirilir ki, dünya iqtisadiyyatı inkişaf etməkdə davam edir, lakin inkişaf etməkdə olan ölkələr bazarlarda qiymət dəyişikliyinə və kapital axınına qarşı mübarizə aparırlar. Ərəflər risklərin monitorinqini davam etdirmək, onları yumşaltmaq niyyətindədir.