DÜNYA


G7 Rusiyaya “tam ixrac qadağası” tətbiq etməyəcək

G7 Rusiyaya “tam ixrac qadağası” tətbiq etməyəcək

Bakı, 19 may, AZƏRTAC

Yeddilik Qrupuna (G7) daxil olan ölkələr Rusiyaya “tam ixrac qadağası” tətbiq etməmək qərarına gəlib və bunun əvəzində əsas malların tədarükünə mövcud məhdudiyyətləri genişləndirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, sammitin yekunu üzrə birgə bəyanat layihəsində tam qadağa ilə bağlı heç bir müddəa yoxdur. Çünki bu, G7-nin “bəzi üzvləri üçün çox çətin olacaq”. Agentlik qeyd edir ki, belə bir qərar bütün Aİ üzvlərinin razılığını tələb edir.

Bunun əvəzində Rusiyaya ixracı qadağan olunan malların siyahısını genişləndirmək qərara alınıb. Söhbət ilk növbədə, hərbçilərin istifadə edə biləcəyi mallardan, o cümlədən sənaye avadanlığından gedir. Bundan əlavə, istehsal, tikinti, nəqliyyat sahələrindən mallar və biznes sferasında xidmətlər məhdudiyyət altına düşə bilər.

G7 sammiti mayın 19-dan 21-dək Yaponiyanın sədrliyi ilə Xirosimada keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.