DÜNYA


G7 ölkələri Rusiyadan neft idxalına qadağa qoymaq barədə razılığa gəliblər

Roma, 9 may, AZƏRTAC

“Böyük yeddilik” (G7) ölkələri Rusiyadan neft idxalına qadağa qoyulması barədə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, G7 liderləri sanksiyalar vasitəsilə rəsmi Moskvaya qarşı təzyiqi artırmağın zəruriliyini qeyd ediblər. Onlar enerji mənbələrinin şaxələndirilməsində və bununla da Rusiya tədarükündən asılılığın azaldılmasında maraqlı olduqlarını vurğulayıblar.

İtaliya Nazirlər Şurasının yaydığı məlumata görə, bu barədə İtaliyanın Baş naziri Mario Draqinin ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, Böyük Britaniyanın Baş naziri Boris Conson, Kanadanın Baş naziri Castin Trüdo, Yaponiyanın Baş naziri Fumio Kişida, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və Ukrayna Prezidenti Volodimir Zelenski ilə videokonfrans formatında keçirdiyi görüşdə bildirilib.

M.Draqi tərəfdaşları ilə birgə Ukraynanı dəstəkləmək və sülhə nail olmaq üçün koordinasiyanın vacibliyini qeyd edib.

Ağ Ev isə ABŞ, Avropa İttifaqı (Aİ) və G7 ölkələrinin Rusiyaya qarşı yeni sanksiyalar paketi barədə razılığa gəldiyini açıqlayıb. Bəyanatda G7 ölkələrinin Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində neft idxalını mərhələli şəkildə və ya tamamilə dayandıracağı bildirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.