DÜNYA


G7 ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

Bakı, 27 iyun, AZƏRTAC

Yeddilər qrupu (G7) ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə DPA agentliyi Ağ evin nümayəndəsinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur ki, sanksiyalar xüsusən Rusiyanın hərbi sənayesinə qarşı yönələcək. Məhdudiyyət tədbirləri, o cümlədən hərbi istehsalı və tədarük zəncirini əhatə edəcək.

G7 qrupu Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birliyidir. Qrupun əsas məqsədi qlobal siyasi və sosial problemlərin həlli yollarını tapmaqdır.

1976-cı ildə G7 formatında qurulan təşkilat 1997-ci ildə Rusiyanın ona qoşulması ilə G8 kimi tanınıb. 2014-cü ildə Ukraynadakı vəziyyət səbəbindən Rusiya-Qərb münasibətlərində yaranan böhranla əlaqədar yenidən G7 formatına qayıtmaq qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.