ELM VƏ TƏHSİL
“GƏLƏCƏYİMİZƏ SAHİB ÇIXAQ” MÖVZUSUNDA ÜMUMRESPUBLİKA XEYRİYYƏ AKSİYASI KEÇİRİLİR
Bu münasibətlə, martın 13-də Təhsil Nazirliyində mətbuat konfransı təşkil olunmuşdur.
Təhsil naziri Misir Mərdanov ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqətdən danışmış, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 23-dən çox internat məktəb və uşaq evinin əsaslı təmir olunduğunu, onların müasir avadanlıqla təmin edildiyini bildirmişdir.
Nazir, eyni zamanda, xeyriyyə aksiyasının məqsəd və məramını açıqlamışdır.
Bildirilmişdir ki, adları çəkilən qurumların və tanınmış sənətçilərin təşəbbüsü ilə keçirilən xeyriyyə aksiyasından əldə edilən bütün vəsait və digər yardımların kömək məqsədi ilə, ilk öncə, valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat tipli üç uşaq evinə (Bakı, Şəki və Lənkəran) çatdırılması nəzərdə tutulmuşdur.
Çıxış edənlər də xeyriyyə aksiyasının əhəmiyyətindən danışmış və hamını bu tədbirdə fəal iştiraka çağırmışlar.
Qeyd olunmuşdur ki, xeyriyyə aksiyasının anonslarının radio və televiziya vasitəsilə yayımlanması martın 19-dək davam edəcəkdir.
Xeyriyyə aksiyası zamanı vəsaitlər bu hesaba köçürülür:
Texnikabank ASC,
Kod: 506872,
VÖEN: 9900000681,
Müxbir hesab: 0137010031944
SVVIFT: TECIAZ22
Hesab nömrəsi: 38010222200001 AZN