DÜNYA


GƏLƏN İLDƏN GÜRCÜSTANIN MÜDAFİƏ NAZİRLİYİ MÜLKÜ ŞƏXS OLACAQ

AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, 2004-cü ildən Gürcüstanın Müdafiə Nazirliyinə mülkü şəxs rəhbərlik edəcəyi planlaşdırılır. İndiki müdafiə naziri David Tevzadzeyə Baş Qərargahın rəisi və ölkə prezidentinin müdafiə məsələləri üzrə məsləhətçisi vəzifəsini təklif ediləcəyi ehtimalı vardır.

Dekabrın 17-də Gürcüstan prezidentinin səlahiyyətlərini icra edən Nino Burcanadze Müdafiə Nazirliyinə gələrək, David Tevzadze ilə görüşmüşdür. Söhbət bağlı qapı arxasında keçmişdir. İlkin məlumata görə, ölkənin Silahlı Qüvvələrinin yenidən qurulması məsələləri müzakirə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.