İQTİSADİYYAT
GƏLƏN İL AZƏRBAYCANDA NEFT VƏ QAZ HASİLATININ ARTACAĞI GÖZLƏNİLİR
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, hasilatın ümumi həcminin 8,75 milyon tonu şirkətin quru və dənizdəki istismar yataqlarından, qalan 6,7 milyon tonu isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin subyektləri tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaqdır.
2004-cü ildə hasil ediləcək xam neftin 9,2 milyon tonu ixrac ediləcəkdir. İxrac neftinin ARDNŞ-ə aid olan 2,5 milyon tonu Bakı-Novorossiysk şimal boru kəməri vasitəsilə, ABƏŞ-in “Çıraq” yatağından çıxaracağı 6,7 milyon ton isə Bakı-Supsa qərb boru kəməri ilə respublikadan kənara nəql olunacaqdır.
Gələn il təbii qaz hasilatının da artaraq, cari ildəkindən 5,02 milyard kubmetr çox, yəni 4,71 milyad kubmetr həddində olacağı proqnozlaşdırılmışdır. Hasil ediləcək təbii qazın ümumi həcminin 910 milyon kubmetri Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin, 3,8 milyard kubmetri isə Azərbaycan Dövlət Neft Şirkətinin payına düşəcəkdir.