İQTİSADİYYAT
GƏLƏN İL DÖVLƏT NEFT FONDUNUN GƏLİRİ 900 MİLYARD MANATA ÇATACAQDIR
Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirinin 900 milyard manat səviyyəsində olacağı və onun xərclərinin 889 milyard manata çatacağı proqnozlaşdırılır.
Fondun icraçı direktoru Samir Şərifov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bu il Bakı-Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin tikintisində Azərbaycan tərəfinin payını maliyyələşdirmək üçün Milli Bankdan vəsait alınmışdır. Eyni zamanda, “Yalama” neft yatağının müqavilə sahəsinin genişləndirilməsinə görə “LUKoyl” şirkətindən, 239,1 milyard manat və kəşfiyyat quyusunda qazma işlərinin başlanması ilə əlaqədar isə ABŞ-ın EkssonMobil şirkətindən 10 milyon dollar bonus şəklində alınmışdır.
S.Şərifov bildirmişdir ki, 2004-cü ildə neftin qiymətinin hər barrel üçün 20 ABŞ dolları həcmində olacağı, Fondun əməliyyat xərclərinin isə dəyişməyəcəyi nəzərdə tutulmuşdur.