İQTİSADİYYAT
GƏLƏN İl ÜÇÜN ÜDM-İN ARTIMI 9 FAİZ PROQNOZLAŞDIRILMIŞDIR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, 2004-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsində ümumi daxili məhsulun (ÜDM) artımı 9 faiz proqnozlaşdırılmışdır. Bu isə 1995-ci illə müqayisədə 10 dəfədən çoxdur. Eyni zamanda, gələn ildən bəzi sahələrdə vergilərin aşağı salınacağı gözlənilir. Hökumət neft sənayesi ilə yanaşı, kənd təsərrüfatının, ağır və yüngül sənayenin, orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə bir sıra mühüm layihələr hazırlamışdır.
Növbəti ilin dövlət büdcəsi şəffaflığına görə də əvvəlki illərdən xeyli fərqlənir. Dövlət Neft Fondunun gəlirləri də layihədə öz əksini tapacaqdır. Büdcə yenə də sosialyönümlü olacaqdır. Gələn ildə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, əmək haqlarının, pensiyaların artırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:26]
Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib
- 19.04.2024 [16:10]
“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub
- 19.04.2024 [15:45]
Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib
- 19.04.2024 [15:35]
Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb
- 19.04.2024 [14:58]
® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir
- 19.04.2024 [14:41]
Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək
- 19.04.2024 [14:37]