“GƏNCƏBASAR” QƏZETİNİN İLK NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Gəncədə respublikamızın Qərb bölgəsinin ictimai-siyasi, iqtisadi və mədəni həyatını işıqlandıracaq “Gəncəbasar” qəzetinin ilk nömrəsinin təqdimetmə mərasimi keçirilmişdir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər qəzetin işıq görməsi münasibətilə jurnalist kollektivini təbrik etmiş, qarşıda duran vəzifələrdən söz açmış, qəzet bolluğunda geniş oxucu kütləsi arasında nüfuz qazanmasında redaksiya əməkdaşlarına uğurlar arzulamışlar.