“GƏNCƏBASAR” QƏZETİNİN İLK NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Gəncədə respublikamızın qərb bölgəsinin ictimai-siyasi, iqtisadi və mədəni həyatını işıqlandıracaq “Gəncəbasar” qəzetinin ilk nömrəsinin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə çıxış edənlər qəzetin jurnalist kollektivini təbrik etmiş, qarşıda duran vəzifələrdən söz açmış, oxucular arasında nüfuz qazanmaqda redaksiya əməkdaşlarına uğurlar arzulamışlar.