İQTİSADİYYAT


GƏNCƏDƏ SİMSİZ RABİTƏ XİDMƏTİ FƏALİYYƏTƏ BAŞLADI

Gəncə abonentləri simsiz rabitə xidmətindən yararlanmaq imkanı əldə etmişlər. Bu, şəhər telekommunikasiya idarəsinin CDMA (Divisi Multiple Accass) sistemini tətbiq etməsi sayəsində mümkün olmuşdur. Gəncə telekommunikasiya idarəsinin rəisi Əli Hüseynov AZƏRTAC-ın müxbirinə demişdir ki, Çinin “HUAWEL” şirkətinin mütəxəssisləri idarədə 1000 nömrəlik müasir tipli avadanlıq quraşdırmışlar. Onun köməyi ilə hazırda Gəncənin paylayıcı stansiyalar olmayan ərazilərində sakinlərə yüksək keyfiyyətli rabitə xidməti göstərilir.

Yeni texnologiya eyni vaxtda üç zəng qəbul etmək kimi bir çox üstünlüklərə malikdir. Bundan əlavə, abonent telefon aparatını götürüb 22 kilometr məsafəyə aparıb oradan istədiyi yerə zəng edə bilər. Yeni sistemdə beynəlxalq danışıqların qiyməti də ucuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.