İQTİSADİYYAT
GƏNCƏNİN İŞ ADAMI BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
Mətləb Nəcəfovu təkcə Gəncədə deyil, respublikamızın qərb bölgəsində də bacarıqlı iş adamı kimi tanıyırlar. AZƏRTAC-ın müxbiri xəbər verir ki, o, bir neçə ildir ki, Gəncə Biznes Qrupuna rəhbərlik edir. Qrupun səmərəli işinin nəticəsində ötən müddət ərzində 3 min fermerə girovsuz kredit verilmişdir. Hazırda biznes qrupu kreditlərin həcmini artırmaq və bölgədə kənd təsərrüfatını daha da inkişaf etdirmək məqsədi ilə kompleks tədbirlər həyata keçirir. Bu günlərdə tanınmış iş adamının ünvanına gələn xoş xəbər isə onu daha gərgin və səmərəli işləməyə ruhlandırmışdır. Mətləb Nəcəfov işgüzarlıq fəaliyyətində yüksək nəticələr qazandığına görə, İsveçrənin Cenevrə şəhərində yerləşən Beynəlxalq Fondun Qızıl medalına layiq görülmüşdür.