“GƏNCƏNİN SOSİAL-İQTİSADİ İNKİŞAF PROQRAMI” HAZIRLANACAQDIR
Bu məqsədlə işçi qrupu yaradılmışdır. Bu barədə şəhər fəallarının yığıncağında ətraflı danışılmışdır. Yığıncaqda son bir neçə ayda şəhərdə görülən abadlıq və quruculuq işləri ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov və yığıncaqda çıxış edən digər natiqlər Gəncəyə göstərilən qayğı və diqqətə görə ölkəmizin Prezidenti Heydər Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, bu gün nəinki təkcə Gəncə, eləcə də bütün respublikamız yeniləşməyə doğru iri addımlar atır. Aparılan quruculuq və abadlıq işləri Azərbaycanda yaşayan hər kəsi sevindirir.