ELM VƏ TƏHSİL
GƏNCƏNİN TARİXİ DƏRİNDƏN ÖYRƏNİLMƏLİDİR
Konfransda şəhərin tarixçi alimləri ilə yanaşı, Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Məşədixanım Nemətovanın və Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhrəmovun Gəncənin tarixi ilə bağlı məruzələri dinlənilmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycanın bu qədim şəhərinin tarixi dəfələrlə araşdırılsa da, çap olunan tədqiqat əsərləri pərakəndə haldadır. Odur ki, Gəncənin tarixinin daha dərindən və diqqətlə öyrənilib sanballı bir kitabın yazılmasına ciddi ehtiyac duyulur. Konfransda çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Gəncənin tarixi haqqında fundamental tədqiqat əsərinin yazılmasına hər cür köməklik göstəriləcəyini bildirmiş və alimlərdən bu vacib işin tezliklə həyata keçirilməsini xahiş etmişdir. Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]