İQTİSADİYYAT
GƏNCƏ RABİTƏÇİLƏRİ NAİLİYYƏTLƏRİ ARTIRIRLAR
Gəncə telekommunikasiya idarəsinin kollektivi respublika rabitəsinin 85 illik yubileyini yüksək nailiyyətlərlə qarşılayır. Bu münasibətlə keçirilən təntənəli yığıncaqda idarənin rəisi Nəriman Salmanov qazanılmış bütün uğurları rabitənin inkişafına dövlət qayğısının nəticəsi kimi qiymətləndirmiş, Azərbaycanda rabitənin sürətli inkişafının əsasının 1993-cü ildə respublikamızda sabitlik yaradıldıqdan sonra qoyulduğunu bildirmişdir. Köhnə tipli stansiyalar yeni ATS-lərlə əvəz olunmuş və bununla da Azərbaycanın rabitə sisteminin dünya rabitə sisteminə inteqrasiyası təmin edilmişdir.
Yığıncaqda rabitəçilər əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltmək üçün bundan sonra da səylə çalışacaqlarını bildirmişlər. Bir qrup qabaqcıl rabitə işçisinə həvəsləndirici mükafatlar verilmişdir.