ELM VƏ TƏHSİL
GƏNCLƏR ƏN LAYİQLİ NAMİZƏDƏ SƏS VERƏCƏKLƏR
Avqustun 26-da Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və tələbələri ilə görüş keçirmişlər. Görüşdə çıxış edənlər son 34 ildə Azərbaycanda həyata keçirilən quruculuq işlərindən, müstəqillik illərində hüquqi, demokratik, dünyəvi dövlət qurulmasından, kadr və gənclər siyasətindən, iqtisadi islahatların, neft strategiyasının reallaşdırılmasının əhəmiyyətindən ətraflı söhbət açmışlar. Görüş istirakçıları öz maraqlarını ümumxalq mənafeyindən uca tutan dağıdıcı müxalifətin mövqeyini qətiyyətlə pisləmiş, qarşıdakı prezident seçkilərində ən layiqli namizədə səs verəcəklərini bəyan etmişlər.