SİYASƏT
GƏNCLƏR ORDUYA HƏVƏSLƏ GEDİRLƏR
AZƏRTAC xəbər verir ki, Şamaxı və Qəbələ rayonlarında gənclərin növbəti hərbi xidmətə yola salınması mərasimləri olmuşdur.
Adı çəkilən rayonların hərbi komissarları, veteranlar, valideynlər mərasimdə çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında yaradılmış Silahlı Qüvvələrimizin sıralarına qatılmağın və nümunəvi əsgər kimi formalaşmağın şərəfli olduğunu bildirmiş, hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulamışlar.
Çağırışçılar Vətənə ləyaqətlə xidmət edəcəklərinə söz vermiş, tibbi müayinədən keçdikdən sonra Biləcəri Toplanış Məntəqəsinə yola salınmışlar.