İQTİSADİYYAT
GƏNCLƏR PARKI SALINIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Salyanda dövlət vəsaiti hesabına Gənclər parkı salınır. Məqsəd gənclərin asudə vaxtlarını səmərəli keçirmək üçün əlverişli şərait yaratmaqdır.
Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, park üçün 1550 kvadrat metrlik torpaq sahəsi ayrılmış, qısa müddətdə 70 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Ərazi dekorativ metal şəbəkə ilə dövrələnmiş, səkilərə 1000 kvadrat metr üzlük plitə düzülmüş, bəzək ağacları və gül kolları əkilmişdir. Burada idman qurğuları, yeni işıqlandırma vasitələri quraşdırılacaq, bir sıra xidmət obyektləri, Gənclər evi açılacaqdır. Parkın oktyabr ayınadək istifadəyə verilməsi nəzərdə tutulur.