SİYASƏT


GƏNCLƏR PROBLEMLƏRİNİN ELMİ ARAŞDIRMALARI MƏRKƏZİNDƏ “DƏYİRMİ MASA”

Gənclər Problemlərinin Elmi Araşdırmaları Mərkəzində “Kütləvi informasiya vasitələrində uşaqların və gənclərin problemlərinin əks olunması” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Mərkəzin direktoru Vilayət İsmayılov müzakirələrdən əvvəl çıxış edərək, ölkənin ictimai-siyasi həyatında əlamətdar hadisə - Azərbaycan gənclərinin lideri, perspektivli siyasətçi, Milli Məclisin Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin başçısı, ARDNŞ-in birinci vitse-prezidenti, İlham Əliyevin AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi münasibətilə iştirakçıları təbrik etdi. 

O, bildirdi ki, indiki “dəyirmi masa”nın əsas məqsədi gəncləri narahat edən aktual məsələlərin mətbuat səhifələrində, televiziya ekranlarında daha geniş işıqlandırılması, gənclərdə vətənpərvərlik hissinin formalaşdırılması, onların dünyagörüşlərinin zənginləşdirilməsi, milli-mədəni dəyərlərə qovuşması yollarını axtarıb tapmaqdır.

Diskussiyada belə bir fikir irəli sürüldü ki, gənclərin problemləri KİV-lərdə təkcə Azərbaycan gəncləri günü ərəfəsində deyil, daim işıqlandırılmalıdır. Tanınmış alimlərin, yazıcıların və Azərbaycan mədəniyyətinin digər nümayəndələrinin fəaliyyəti hər vasitə ilə təbliğ edilməli, onlar həyat yolunu seçməkdə gənclərə nümunə olmalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.