İQTİSADİYYAT


GƏNCLƏR SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ YAD ETMİŞLƏR

AZƏRTAC xəbər verir ki, 31 Mart – azərbaycanlıların soyqırımı günü münasibətilə Bakı şəhər gənclərinin toplantısı keçirilmişdir.

Tədbir iştirakçıları, əvvəlcə, Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə tər gül dəstələri düzmüşlər. Sonra nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmişlər.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində keçirilən tədbirdə çıxış edən idarə rəisi Məmmədhüseyn Dadaşov ermənilərin tarix boyu xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri görünməmiş vəhşiliklərdən danışmışdır. Tökülən günahsiz qanların yerdə qalmayacağına və millətimizin haqq işinin qalib gələcəyinə inandığını bildirən M.Dadaşov gənclərimizin mübariz, vətənpərvər ruhda yetişməsinin, bu hadisələrə daha dərindən bələd olmalarının vacibliyini vurğulamışdır.

Sonra soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.