GƏNCLƏR VƏ İDMAN NAZİRİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
AzerTAg.az
06.02.2007 [22:08]
AZƏRTAC Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Parisdə, YUNESKO-nun iqamətgahında idmanda dopinqlə mübarizə haqqında konvensiya imzalanmışdır. Bu sənədi YUNESKO-nun üzvü olan 90 ölkədən 47-si imzalamışdır. Milli Məclis bu sənədə hələlik baxmadığına görə, Azərbaycan konvensiyaya qoşulmamışdır.
Gənclər və idman naziri Azad Rəhimov Fransaya səfəri zamanı YUNESKO-nun baş direktoru Koişiro Matsuura və onun müavini Əhməd Səyyad ilə görüşmüşdür. Söhbət zamanı YUNESKO rəhbərləri Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətini, onun rəhbərliyi ilə həyata keçirilən humanitar xarakterli müxtəlif layihələri yüksək qiymətləndirmişlər.
A.Rəhimov Fransanın idman və gənclər naziri Jan-Fransua Lamur, ukraynalı və rusiyalı həmkarları ilə də görüşmüşdür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
28.06.2022 [00:11]
27.06.2022 [23:39]
27.06.2022 [23:11]
MULTİMEDİA
27.06.2022 [16:34]
25.06.2022
27.06.2022 [22:16]
27.06.2022 [21:44]
27.06.2022 [19:26]
27.06.2022 [19:36]
27.06.2022 [16:02]
27.06.2022 [14:20]
26.06.2022 [08:39]
25.06.2022 [18:21]
27.06.2022 [21:46]
27.06.2022 [14:06]
27.06.2022 [12:04]
27.06.2022 [19:36]
27.06.2022 [16:02]
26.06.2022 [16:54]
27.06.2022 [14:30]
27.06.2022 [13:01]
26.06.2022 [19:58]
27.06.2022 [21:28]
27.06.2022 [17:32]
Xəbərin mətnində orfoqrafik səhv var