İDMAN


GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ BEYNƏLXALQ YARIŞLARDA MÜKAFATA LAYİQ YER TUTMUŞ İDMANÇILARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, avqustun 1-də Gənclər və İdman Nazirliyində Avropa Olimpiya Festivalında və Avropa birinciliyində mükafata layiq yer tutmuş yeniyetmə cüdoçular, atletlər və güləşçilərlə görüş keçirilmişdir.

Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlk etdiyi son 10 il müddətində görülmüş işlərdən, qazanılmış uğurlardan danışmışdır.

Azərbaycanda idmanın inkişafına Prezident İlham Əliyevin diqqət və qayğısını xüsusi vurğulayan A.Rəhimov bildirmişdir ki, gənclərin hərtərəfli inkişafı üçün bölgələrdə müasir tipli olimpiya idman kompleksləri tikilərək istifadəyə verilmiş və hazırda bu iş uğurla davam etdirilir.

Nazir demişdir ki, 2006-cı ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 287 medal qazanmışlar. Bunu ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsi hesab edən A.Rəhimov, beynəlxalq səviyyəli gələcək yarışlarda idmançılarımıza daha böyük nailiyyətlər arzulamışdır.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Məclisin deputatı, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev və başqaları çıxış edərək, yeniyetmə idmançılara öz arzu və istəklərini çatdırmışlar.

Görüşdə Avropa Olimpiya Festivalının qızıl medalçısı, Pekin Yay Olimpiya oyunlarına vəsiqə qazanmış ilk idmançı atletimiz Ramil Quliyev, eləcə də festivalın qızıl medalçıları olan cüdoçular - Vüqar Şirinli, Sərxan Əhmədov, Şahin Qəhrəmanov və ikinci yer tutmuş Elsevər Sadıqzadə, həmçinin, sərbəst və yunan-Roma güləşi üzrə Avropa çempionu adını qazanmış Eldəniz Əzizli, Qasım Məmmədov, Tural Hüseynov və Cəbrayıl Həsənovla yanaşı, ikinci və üçüncü yerləri tutmuş idmançılar da iştirak etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.