“GƏNCLİK VƏ SÜLH” MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞDIR
“Ümidli gələcək” Gənclər Təşkilatının, BMT-nin Qadınlar Üçün İnkişaf Fondunun (YUNİFEM), “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional layihəsinin maliyyə yardımı və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilmiş müsabiqəyə təqdim edilmiş film və məqalələrin hər birindən 4-ü seçilmişdir.
Mərasimdə çıxış edən Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, ombudsman Elmira Süleymanova, YUNİFEM-in baş texniki məsləhətçisi Patrisiya MakFılıps,YUNİFEM Layihəsinin milli əlaqələndiricisi Gülşən Paşayeva və digərləri BMT tərəfindən keçirilən sülh məramlı tədbirlərin əhəmiyyətindən, sülh mədəniyyətindən, sülhün bərqərar olunmasında qadınların rolundan danışmış və sülh məramlı hərəkatlara gənclərin və uşaqların cəlb olunmasının vacibliyini vurgulamışlar.
Mərasimdə müsabiqə iştirakçılarına sertifikat, diplom və mükafatlar təqdim olunmuşdur.