ELM VƏ TƏHSİL
GƏNC ALİMİN SANBALLI ƏSƏRİ
Monoqrafiyada Azərbaycan türklərinin etnik qruplarından olan qarapapaqların mənşəyi, onların XIX əsrdə hərb tarixi barədə ətraflı məlumat verilir. Müəllif tarixi faktlara, arxiv materiallarına söykənərək, “Gürcüstan və Quzey Azərbaycan qarapapaqları”, “Qarapapaqların mənşəyi”, “Tiflis və ətrafındakı qarapapaq elləri Rusiyaya birləşdirildikdən sonra”, “Cavaxet qarapapaqları”, “Qərbi Azərbaycan (Ermənistan) qarapapaqları”, “Türkiyə qarapapaqları”, “Güney Azərbaycan (İran) qarapapaqları”, “Qarapapaqlar XIX əsrin ilk İran-rus və türk-rus müharibələrində”, “Krım savaşı və Mehralı bəyə dair yeni bilgilər” adlı fəsillərdə və digər yazılarda qarapapaqlardan ətraflı söhbət açılır. Borçalının qədim tarixi abidələrinin fotoşəkillərinin kitabda öz yerini tapması təqdirəlayiqdir.
Əsər Gürcüstandakı ziyalılarımız tərəfindən müsbət qarşılanmış və azərbaycandilli təhsil ocaqlarında tədris edilmək üçün tövsiyə olunmuşdur.