MƏDƏNİYYƏT


GƏNC HEYKƏLTƏRAŞ EMİN QULİYEVİN İLK FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR

AZƏRTAC xəbər verir ki, Vəcihə Səmədova adına sərgi salonunda gənc heykəltəraş Emin Quliyevin fərdi yaradıcılıq sərgisi açılmışdır.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov və başqaları Emin Quliyevin yaradıcılıq axtarışlarının öz xüsusiyyəti ilə seçildiyini bildirmişlər. Qeyd edilmişdir ki, naturasız çalışan heykəltəraş Eminin üslubundan fərqli olaraq, rəssam Eminin üslubu naturadan götürülmə təəssüratı bağışlayır. Onun rəsmləri sadədir, əminliklə dolu cizgilərə və böyük mənzərə dolğunluğuna malikdir. Sənətkarın istər heykəltəraşlıq, istər qrafika, istərsə də rəssamlıq əsərləri böyük hərarət və ustalıqla yaradılmışdır.

Emin Quliyev sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları 100-ə yaxın əsərin nümayiş etdirildiyi sərgi ilə tanış olmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.