MƏDƏNİYYƏT


GƏNC RƏSSAMLAR “AZƏRBAYCAN DÜNYASINDA”

Beynəlxalq Əlaqələr Mərkəzinin “Azərbaycan dünyası” qalereyasında gənc rəssamların əsərlərindən ibarət ənənəvi sərgi açılmışdır.

Mərkəzdən AZƏRTAC-ın müxbirinə demişlər ki, açılış mərasimində “Azərbaycan dünyası” qalereyasının direktoru, əməkdar rəssam Arif Hüseynov çıxış edərək gənc rəssamları təbrik etmiş, həmkarlarına sənət uğurları arzulamışdır.

Qeyd olunmuşdur ki, sərgidə nümayiş etdirilən 9 boyakarlıq və 25 qrafika əsərinin müəllifləri, əsasən, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələridir. Boyakarlıq və qrafika janrlarında, fərdi texnika ilə çəkilmiş əsərlər həm mövzu, həm də işlənmə üslublarına görə diqqətəlayiqdir.

Sərgi bir ay davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.