MƏDƏNİYYƏT


GƏNC SKRİPKAÇIMIZIN NÖVBƏTİ UĞURU

Ölkəmizin Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, martın 29-da Londonun ən məşhur konsert salonlarından olan “Royal Festival Hall”da istedadlı Azərbaycan musiqiçisi Nəzrin Rəşidova (skripka) London kamera orkestri ilə birlikdə Antoni Vivaldenin “Dörd fəsil” konsertini böyük müvəffəqiyyətlə ifa etmişdir.

1988-ci ildə Bakı şəhərində anadan olan Nəzrin Rəşidova Londondakı “Purcell” musiqi məktəbini bitirmişdir. Hazırda İngiltərə paytaxtında Kral Musiqi Akademiyasının tələbəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.