REGİONLAR


GDU tələbələri proqramlaşdırma və sistem administratorluğu üzrə ödənişsiz təhsil ala biləcəklər

GDU tələbələri proqramlaşdırma və sistem administratorluğu üzrə ödənişsiz təhsil ala biləcəklər

Gəncə, 30 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetinin (GDU) tələbələri ödənişsiz olaraq proqramlaşdırma və sistem administratorluğu üzrə tədris almaq imkanı qazanacaqlar.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan “Code Academy” şirkətinin baş direktoru Ülvi Aslanov Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibovla görüşüb.

Görüşdə tələbələrin informasiya texnologiyaları sahəsində nəzəri biliklərini yüksəltməyə dair Təhsil Nazirliyi və "Code Academy" şirkətinin əməkdaşlığı ilə hazırlanan layihə haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, universitetin III və IV kurs tələbələri “Code Academy” təhsil modelinə qoşulmaqla nəzəri biliklərlə yanaşı, təcrübə keçmək imkanı da əldə edəcəklər. Layihə çərçivəsində informasiya texnologiyaları və proqramlaşdırma sahələri üzrə təhsil alan tələbələr ödənişsiz olaraq proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə tədris almaq imkanı qazanacaqlar.

Rektor Yusif Yusibov ali təhsil müəssisələri üçün yaradılan yeni modeli dəstəklədiyini və yaxın zamanlarda universitetdə bu layihənin həyata keçməsi üçün mühüm addımların atılacağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.