ELM VƏ TƏHSİL


GEANT Assosiasiyası tərəfindən “AzScienceNet” şəbəkəsinə ehtiyat kanalının sürəti artırılıb

Bakı, 12 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinə GEANT Assosiasiyası tərəfindən 1 Gbit/san ehtiyat kanalı ayrılıb. Beləliklə, “AzScienceNet” şəbəkəsinin internetə çıxış üçün ehtiyat kanalının sürəti 500 Mbit/san-dən 1 Gbit/san-yə qaldırılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “AzScienceNet” şəbəkəsi 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən GEANT şəbəkə infrastrukturuna qoşularaq Azərbaycanı bu qurumda təmsil edir. “AzScienceNet”in GEANT şəbəkəsi tərəfindən təqdim olunan çoxsaylı xidmətlərdən istifadəsinə geniş imkanlar yaradılıb.

GEANT ilə əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil üçün şəbəkə infrastrukturunun genişləndirilməsi məqsədilə həyata keçirilən “EaPConnect” layihəsi üzrə bir çox işlər görülür. Bu işlərdən biri də GEANT-a üzv ölkələrin Data mərkəzlərinə ehtiyat kanalları ayrılmasıdır. Standartlara əsasən, bu mərkəzlərə adi kanallarla yanaşı, ehtiyat kanalları da təqdim olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.