İQTİSADİYYAT
GENERAL DE QOLL MÜASİR FRANSANIN ƏN YAXŞI PREZİDENTİ ADLANDIRILMIŞDIR
Ümummilli sorğunun yekunlarına görə, indiki Beşinci Respublikanın banisi general Şarl de Qoll müasir Fransanın ən yaxşı prezidenti hesab edilmişdir. AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, o, məşhurluq reytinqində səslərin 39 faizini toplamışdır.
Sorğu SOFRES təşkilatı tərəfindən keçirilmiş və nəticələri “Nuvel Observater” həftəliyinin 5 yanvar nömrəsində dərc edilmişdir. O, Fransua Mitteranın vəfatının 10 illiyinə həsr olunmuşdur. Bu yubiley Fransa cəmiyyətində dövlət başçılarından kimin daha səmərəli fəaliyyət göstərdiyi və ölkə üçün digərlərindən daha çox iş gördüyü barədə geniş diskussiya doğurmuşdur.
Sorğuda ikinci yerə səslərin 30 faizi ilə Fransua Mitteran çıxmışdır. Keçən il yazda prezidentliyinin 10 illiyini qeyd edən indiki dövlət başçısı Jak Şirak 7 faiz səs toplamışdır. İştirakçıların 6 faizi Valeri Jiskar d”Estenə səs vermişdir. Siyahıda sonuncu yeri 5 faizlə Jorj Pompidu tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]