Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

GENİŞ TƏRKİBDƏ RUSİYA-AZƏRBAYCAN DANIŞIQLARI

Yanvarın 25-də, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təkbətək görüşü başa çatdıqdan sonra, Kremlin Yekatirina salonunda iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Azərbaycan danışıqları başlanmışdır. Danışıqlarda nümayəndə heyətlərinə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev başçılıq edirdilər. 

Rusiya Federasiyasının Prezidenti VLADİMİR PUTİN Azərbaycan nümayəndə heyətinin üzvlərini salamlayaraq dedi:

- Hörmətli Heydər Əliyeviç!

Hörmətli Azərbaycanlı həmkarlarımız, dostlar!

Biz Rusiyanın paytaxtında Sizi bir daha ürəkdən salamlayırıq. Dəvətimizi qəbul etdiyinizə və buraya, Rusiyaya belə geniş, mötəbər heyətdə gəldiyinizə görə bir daha Sizə öz minnətdarlığımızı bildiririk.

Dünən biz Azərbaycan Prezidenti ilə ikitərəfli münasibətlərə dair əsas məsələləri ətraflı müzakirə etdik və indi məhdud tərkibdə müzakirələri davam etdirdik. Zənnimcə, bu gün heç kim şübhə etmir ki, Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün təməli 2001-ci ilin əvvəlində Bakıda qoyulmuş əhval-ruhiyyə ikitərəfli qarşılıqlı əlaqələrin inkişafı və dərinləşməsinə əlverişli şərait yaratmışdır. Biz iqtisadi sahədə, siyasi, hərbi sahələrdə əməkdaşlıq barədə fikir mübadiləsi etdik. Elə sahələr vardır ki, biz hələ onlara toxunmamışıq. İndi geniş heyətdə bu problemlərin müzakirəsinə qayıdaraq, mən öz çıxışımda humanitar sahələrdə ardıcıl əməkdaşlığa, rus dilinin dəstəklənməsinə, mədəni əlaqələrin inkişafına görə Azərbaycan rəhbərliyinə və Azərbaycan Prezidentinə xüsusi təşəkkürümü bildirmək istərdim. Bu baxımdan Bakıda Aleksandr Sergeyeviç Puşkinin abidəsinin açılışı, əlbəttə ki, xüsusi yer tutur. Heydər Əliyeviç, Sizə deməliyəm ki, Rusiya tərəfi olaraq biz də bu məsələyə kifayət qədər diqqət yetiririk. Azərbaycan mədəniyyəti günləri barədə Sizin xəbəriniz vardır, indicə Sankt-Peterburqdan mənə məlumat verdilər ki, orada Nizaminin abidəsinin açılışına hazırlıq işləri başa çatdırılmışdır.

Ümumiyyətlə mənə elə gəlir ki, əgər biz nəzərdə tutduqlarımızın hamısını beləcə təkidlə həyata keçirsək, şübhəsiz, elə bir vəziyyətə nail olacağıq ki, Azərbaycan xalqı da əməkdaşlığımızın nəticələrini hiss edəcək, Rusiyada da bu nəzərə çarpacaqdır. Sizə bir daha “Xoş gəlmisiniz!” deyirəm.

Sonra Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV çıxış edərək demişdir:

Sağ olun, Vladimr Vladimiroviç. Mən ilk növbədə dəvətinizə, səmimi qarşılandığımıza və qonaqpərvərliyə görə Sizə təşəkkür etmək istəyirəm. Dünən biz Sizin evinizdə, dediyiniz kimi, əsas məsələlərə dair ətraflı fikir mübadiləsi etdik. Mən bu söhbətdən çox məmnunam, çünki dünən biz Sizinlə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərə dair mühüm məsələləri müzakirə etdik və bu gün təkbətək görüşdə də bunlardan danışdıq. Mən də belə hesab edirəm ki, bir il bundan əvvəl, Vladimr Vladimiroviç, Sizin Azərbaycana rəsmi səfərinizdən sonra Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrində yeni mərhələ başlanmışdır. Məmnuniyyətlə deyə bilərəm ki, bu bir il çox səmərəli il oldu. Biz münasibətlərimizi intensivləşdirə, eyni zamanda konkret məzmunla dolğunlaşdıra və hətta nəticələr də əldə edə bildik. Ona görə də bugünkü görüşümüz və imzalanmağa hazırlanmış sənədlər bir il bundan əvvəl Azərbaycana səfərinizin məhz əməli nəticələrindən və bu bir il ərzində görə bildiyimiz böyük işlərdən xəbər verir.

Rus dilinə bizim diqqət yetirməyimiz və s. barədə Sizin dediklərinizə gəldikdə, bu, prinsipcə ölkəmizdə adi haldır, çünki biz bunu norma hesab edirik və belə də olmalıdır. Biz bu xətti gələcəkdə də davam etdirəcəyik və əslində, bu məsələdə heç bir dəyişiklik olmayacaqdır.

Puşkinin abidəsini biz, əlbəttə ki, onun yaradıcılığına dərin ehtiram hissi ilə açdıq...

VLADİMR PUTİN: Heydər Əliyeviç, Azərbaycanda rus dilində hamı Prezident kimi danışa bilsə, hamı ancaq xoşbəxt olacaqdır.

HEYDƏR ƏLİYEV: Biz bu abidəni Puşkinə böyük məhəbbət hissi ilə açdıq, axı bizim hamımız onun əsərlərini oxuya-oxuya böyümüşük, Puşkini əzbərdən bilirik. Necə olub ki, indiyədək bu abidə qoyulmayıbdır. Bu, diqqətsizlik olub, lakin biz bu nöqsanı aradan qaldırdıq. Mən minnətdaram ki, burada, Moskvada tez-tez Azərbaycan mədəniyyət günləri keçirilir, müxtəlif sərgilər açılır. Lakin Azərbaycanda da həm Rusiya mədəniyyət günləri, həm də Moskva mədəniyyət günləri keçirilir. Bundan əlavə, ümumiyyətlə, respublikamıza Rusiyanın mədəniyyət xadimləri doğma, yaxın adamlar kimi tez-tez gəlirlər. Bizimkilər də buraya tez-tez gəlirlər. Bütün bunlar tamamilə təbiidir və mən belə hesab edirəm ki, münasibətlərimizin möhkəmlənməsi və inkişafı üçün mühüm amillərdir.

Mən çox minnətdaram ki, Siz bizim görüşlərimizə, mənim səfərimə belə böyük diqqət yetirirsiniz. Şübhəsiz, mən yaxşı başa düşürəm ki, bu, Azərbaycana, Rusiya-Azərbaycan əlaqələrinə münasibətinizin təzahürüdür və əmin ola bilərsiniz ki, Azərbaycan Prezidenti kimi mən də, hökumətimiz də, dövlətimiz də eyni hissləri keçiririk.

Danışıqlarda Rusiya tərəfdən xarici işlər naziri İqor İvanov, Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo, Rusiya hökuməti sədrinin müavini Viktor Xristenko, Rusiyanın Bakıdakı səfiri Nikolay Ryabov, Azərbaycan tərəfdən baş nazirin birinci müavini Abbas Abbasov, xarici işlər naziri Vilayət Quliyev, müdafiə naziri Səfər Əbiyev, iqtisadi inkişaf naziri Fərhad Əliyev, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir