ELM VƏ TƏHSİL
GEOLOGİYA İNSTİTUTUNDA ELMİ SESSİYA
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Milli Elmlər Akademiyasının Geologiya institutunda görkəmli alim-pedaqoq, geologiya-mineralogiya elmləri doktoru Vladimir Boqaçovun həyat və fəaliyyətinə həsr olunmuş elmi sessiya keçirilmişdir. MEA-nın Yer elmləri bölməsinin akademik-katibi, Geologiya institutunun direktoru akademik Akif Əlizadə, MEA-nın müxbir üzvü Tofiq Həsənov alimin Azərbaycan paleontologiya elminin inkişafında böyük xidmətlərindən danışmışlar.
O, dördüncü dövr Binəqədi fauna qəbiristanlığını aşkar edən və onun tədqıqi ilə məşğul olan ilk alimlərdəndir. Orada qazıntı halında tapılmış heyvanlar bərpa olunmuş və indi H.Zərdabi adına Təbiət Tarixi Muzeyində saxlanılır. Vladimir Boqaçov Cənubi Qafqazın Miosen dövrünə, paleobotanika və paleozoologiyaya dair bir çox monoqrafiya və məqalələrin müəllifidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]