DÜNYA


GERHARD ŞRÖDER İSVEÇRƏDƏ İŞLƏYƏCƏK

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İsveçrənin məşhur media konserni “Ringier” Almaniyanın sabiq federal kansleri Gerhard Şröderi müşavir vəzifəsinə işə dəvət etmişdir. Konsernin Sürixdəki iqamətgahının noyabrın 24-də yaydığı rəsmi məlumat Almaniya ictimaiyyəti və siyasi elitası üçün gözlənilməz olmuşdur. Məlumatda bildirilir ki, Almaniyanın sabiq hökumət başçısı dəvəti həvəslə qəbul etmişdir. O, 2006-cı ilin yanvarında konsernin Sürixdəki iqamətgahında vəzifəsinin icrasına başlayacaqdır. Konsernin sahibi və inzibati şurasının sədri Mixael Ringier rəhbərlik etdiyi kollektiv adından bəyan etmişdir ki, beynəlxalq aləmdə kifayət qədər tanınmış təcrübəli siyasi xadim Gerhard Şröder konsernə gəlişi və əməkdaşlığı ilə onların işini daha da canlandıracaq və irəli aparacaqdır.

“Ringier” media konserni İsveçrənin bu sahədə ən böyük və nüfuzlu qurumudur. İsveçrənin nüfuzlu qəzet və jurnalları onun nəşriyyatlarında çap olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.