İDMAN
GİMNASTLARIMIZ DÜNYA KUBOKUNUN MƏRHƏLƏ YARIŞINDA İŞTİRAK EDƏCƏKLƏR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarışlarda 19 ölkədən 34 gimnast çıxış edəcəkdir. Onların çoxu, o cümlədən Dinara Gimatova, Rusiya İdmançıları Alina Kabayeva və İrina Çaşşina, belaruslar İnna Jukova və Svetlana Rudalova, yunanlar Eleni Andriola və Teodora Pallidu, qazaxıstanlı Aliyə Yusupova Afinada keçiriləcək Olimpiya oyunlarına lisenziya qazanmış idmançılardır.
Dünya kubokunun bu mərhələsi Olimpiada ərəfəsində sonuncu böyük yarışdır. Gimnastların oyunlarda hansı səviyyədə çıxış edəcəklərini yalnız bu turnirin nəticələrinə əsasən proqnozlaşdırmaq olar.
Mətbuat xidmətindən bunu da bildirmişlər ki, Afina Olimpiadasında Dinara Gimatovanın qarşısına təsnifat mərhələsini keçmək və çoxnövçülüyün finalında planetin ən güclü bədii gimnastı sırasında çıxış etmək vəzifəsi qoyulmuşdur.