İDMAN
GİMNASTLARIMIZ YAXŞI NƏTİCƏ GÖSTƏRMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, may ayının 7-9 -da Paris yaxınlığındakı Korbey-Eson şəhərində bədii gimnastika üzrə 30-cu beynəlxalq turnir keçirilmişdir. Yarışda 35 ölkədən 78 idmançı iştirak etmişdir. Respublikamızın idman şərəfini Dinara Gimatova və Anna Qurbanova qorumuşlar.
Yaş fərqinə görə üç qrupa bölünmüş turnirdə 15-24 yaşlı gimnastlar öz güclərini sınamışlar. Mayın 7-də 15-18 yaşlı idmançıların təmsil olunduqları B qrupunda öz ustalıqlarını ildən ilə artıran qızlarımızın çıxışları 32 nəfərdən ibarət münsiflər heyəti yüksək qiymətləndirilmiş və azarkeşlər tərəfindən alqışlarla qarşılanmışdır. Komanda hesabında Azərbaycan idmançıları 13-cü yerə çıxmışlar.
Xatırladaq ki, hakimlər heyətinin tərkibində həmyerlimiz Larisa Sidorova ölkəmizi təmsil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]