Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

G.L.Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Gülzar Lətif qızı Rzayeva Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu Qərar 2015-ci il yanvarın 13-dən qüvvəyə minir.

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri                                         O.Əsədov

Bakı şəhəri, 30 dekabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin